AZ

Nvidia ABŞ də vergi rekordçusu oldu

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Nvidia Corp." 2025-ci ildə ABŞ-də 16.76 milyard dollar məbləğində mənfəət vergisi ödəyib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat "The Wall Street Journal" və "Calcbench" tərəfindən aparılan təhlilə əsaslanır.

Məlumata görə, bu göstərici ABŞ üzrə bütün korporativ vergilərin təxminən 4%-nə bərabərdir və digər şirkətlərin ödədiyi məbləğləri üstələyir.

Reytinqdə ikinci yeri "Alphabet Inc." (13.66 milyard dollar), üçüncü yeri isə "Berkshire Hathaway" (11.75 milyard dollar) tutub.

Sonrakı pillələrdə "Meta Platforms" (4.12 milyard dollar), "Home Depot" (3.59 milyard dollar) və "Johnson & Johnson" (3.58 milyard dollar) qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
oxu.az

1Mənbələr