Qızıl daha da ucuzlaşdı. Qiyməti düşməkdə davam edir.
Moderator.az Xezerxeber.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, bayram həftəsi yeni başladığından alıcı sayı az olsa da, tələbat var.
Alıcılar isə bayram günlərində daha çox hədiyyə üçün bazara üz tutduqlarını deyirlər:
Hazırda qızıl zinət əşyaları almaq üçün əlverişli vaxt hesab olunur.
Qiymətlərin ucuzlaşdığı bu dövrdə alıcılar istər toy və nişan üçün, istərsə də sərmayə məqsədilə qızıl almağı düşünə bilərlər.