Kuba hakimiyyəti ABŞ səfirliyinin generatorlar üçün dizel yanacağı idxal etmək tələbini rədd edib.
Musavat.com xəbər verir ki, məlumatı The Washington Post (WP) qəzeti Dövlət Departamentinin daxili sənədinə istinadən yayıb. Qəzetin məlumatına görə, imtina bu həftə Kuba liderlərindən gəlib. Kuba hakimiyyəti ABŞ-ın adaya davam edən enerji blokadasını nəzərə alaraq tələbi yersiz adlandırıb.
Qəzet vurğulayır ki, Kubadakı ABŞ səfirliyi tez-tez elektrik kəsintilərinin öhdəsindən gəlmək üçün ən azı 18 aydır ki, dizel generatorlarından istifadə edir. Yanacaq tədarükünün rədd edilməsi səfirliyin əsas fəaliyyətlərində iştirak etməyən əməkdaşlarını 2026-cı ilin may ayında və ya daha tez Kubadan çıxmağa məcbur edə bilər.
Musavat.com