AZ

“Qəbələ” “Turan Tovuz”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, turun son oyununda “Turan Tovuz” “Sumqayıtda Qəbələ” ilə görüşəcək.

Kurban Berdıyevin komandası 45 xalla turnir cədvəlində 3-cü yeri tutur.  “Qəbələ” ilə 16 xalla 11-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” son iki oyunda müvafiq olaraq, “Sabah” və “Netçi”yə uduzub.

Cari mövsümdə “Turan Tovuz” rəqibini iki dəfə məğlub edib – 1:0 və 3:0.

Qeyd edək ki, bu qarşılaşmadan sonra milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında aprelin 5-ə qədər fasilə yaranacaq.

21 mart (şənbə)

16:00. “Turan Tovuz” – “Qəbələ”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18 mart (çərşənbə)

“Şamaxı” – “Araz-Naxçıvan” – 0:1

19 mart (cümə axşamı)

“Sabah” – “Sumqayıt” – 3:1

“Karvan-Yevlax” – “Zirə” – 0:1

20 mart (cümə)

“Kəpəz” – “Qarabağ” – 1:0

“Neftçi” – “İmişli” – 6:0

Seçilən
99
1
msport.az

10Mənbələr