AZ

Yaxın Şərq İslam Şurası yaradılsın Pezeşkian

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Biz Yaxın Şərqdə islam ölkələrinin daxil olacağı, bölgədə sülh və sabitliyi təmin edəcək təhlükəsizlik qurumunun yaradılmasını təklif edirik.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibəti ilə çıxış edərkən deyib.

Pezeşkianın sözlərinə görə, regionun xarici qüvvələrə ehtiyacı yoxdur. Həmçinin müsəlman ölkələri ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində münasibətlərin tənzimlənəcəyi “Yaxın Şərq İslam Şurası" yaradıla bilər.

“Bizim bir birimizlə vuruşmağa və heç bir bəhanə ilə düşmənlərimizin bizim üçün qurduğu tələyə düşməyə haqqımız yoxdur", - deyə İran Prezidenti əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
45
axar.az

10Mənbələr