AZ

Ərakçi: Atəşkəs yox, müharibənin tam və qalıcı olaraq bitməsini istəyirik

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abbas Ərakçi “biz atəşkəsin gözləntisində deyilik; müharibənin tam, hərtərəfli və qalıcı şəkildə sona çatmasını istəyirik”, deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, Yapon mediasına verdiyi açıqlamada bildirib.

“Bir çox ölkə münaqişəni dayandırmaq üçün vasitəçilik səyləri göstərir. Biz də atəşkəsə deyil, müharibənin tam, geniş və davamlı şəkildə bitməsini hədəfləyən bütün təşəbbüsləri alqışlayırıq”, - deyə nazir qeyd edib:

Ərakçi “Biz Hörmüz boğazını bağlamamışıq; lakin bizə qarşı hücumlarda iştirak edən ölkələrin gəmilərinə müəyyən məhdudiyyətlər tətbiq etmişik”, - deyə əlavə edib.

O, həmçinin bildirib ki, İran boğazın yenidən açılması ehtimalı ilə bağlı Yaponiya ilə danışıqlara başlayıb və Yapon gəmilərinin keçidinə icazə verməyə hazırdır: “Tehran, Yaponiya kimi ölkələrin gəmilərinə lazımi koordinasiya təmin edildiyi təqdirdə təhlükəsiz keçidi təmin etməyə hazırdır”, - deyib.

“ABŞ hələ ki, real həllə nail olmaq üçün lazımi hazırlıq nümayiş etdirməyib”, - deyə xarici işlər naziri sonda qeyd edib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
bizimyol.info

1Mənbələr