AZ

Müəllimənin qətlinə görə həyat yoldaşı tutulub

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Suraxanı rayonunda qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Reyting.az-ın məlumatına görə, bunu Suraxanı Rayon Prokurorluğundan bildiriblər.

Qeyd olunur ki, martın 20-də Suraxanı rayon ərazisində (Hövsan-red.) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Qeyd edək ki, Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olub. Onun əri tərəfindən qətlə yetirildiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
7
reyting.az

10Mənbələr