AZ

Tehran Yaponiya gəmilərinin Hörmüzdən keçməsinə icazə verəcək

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Yaponiya tərəfi ilə məsləhətləşmələrdən sonra bu ölkəyə gedən gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır.

Reyting.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu Tokio ilə məsləhətləşmələrdən sonra “Kyodo” xəbər agentliyinə müsahibəsində bildirib.

Məlumata görə, bu məsələ artıq iki ölkə arasında müzakirə olunur.

Qeyd olunur ki, Yaponiyanın neft idxalının 90 faizindən çoxu bölgənin payına düşür.

Onu da qeyd edək ki, Prezident Donald Tramp daha əvvəl ABŞ-nın Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə borclu olmadığını bildirib: “Boğaz, lazım gəldikdə, ondan istifadə edən digər ölkələr tərəfindən qorunmalı və patrul edilməlidir. Birləşmiş Ştatlar bundan istifadə etmir!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
1
reyting.az

2Mənbələr