AZ

Bu gün Ümumdünya Daun Sindromu Günüdür

Hər il martın 21-i Ümumdünya Daun Sindromu Günü kimi qeyd olunur.

Bu tarix təsadüfi seçilməyib və günün əsas mahiyyətini özündə əks etdirir.Daun sindromu insanın 21-ci xromosomunun üç nüsxədə olması ilə bağlıdır. Elmi dildə bu hal “trisomiya 21” adlanır. Məhz buna görə də 21-ci gün və 3-cü ay, yəni 21.03 tarixi simvolik olaraq seçilib.

"Cebheinfo.az" xəbər verir ki, Daun sindromu genetik fərqlilikdir. Bu, insanın əlavə xromosomla doğulması deməkdir. Nəticədə onların inkişafı bir qədər fərqli gedə bilər. Amma bu insanlar da digər hər kəs kimi öyrənə, işləyə və cəmiyyətin bir hissəsi ola bilirlər.

Bu gün münasibətilə müxtəlif ölkələrdə maarifləndirici tədbirlər keçirilir. İnsanlar fərqliliyə diqqət çəkmək üçün simvolik olaraq fərqli corablar geyinirlər. Bununla “hamımız fərqliyik, amma bərabərik” mesajı verilir.

Mütəxəssislər bildirir ki, erkən dəstək, təhsil və düzgün yanaşma Daun sindromlu insanların həyatını daha rahat və keyfiyyətli edə bilər.

Onların cəmiyyətə uyğunlaşması üçün ailə, məktəb və ümumilikdə cəmiyyətin rolu böyükdür.

Bu gün bir daha xatırladır ki, fərqlilik qüsur deyil.

Seçilən
29
cebheinfo.az

1Mənbələr