AZ

Əraqçi: “Hörmüz boğazı açıqdır”

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

“Tehran qlobal enerji təchizatı üçün əsas arteriya olan Hörmüz boğazından Yaponiya gəmilərinin keçidini asanlaşdırmağa hazırdır. 

Bu məsələ ilə bağlı Yaponiya ilə danışıqlar davam edir”.

“Cebheinfo.az”-ın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi  Yaponiyanın “Kyodo” xəbər agentliyinə açıqlamasında belə deyib. 

“Biz boğazı bağlamamışıq. O, açıqdır”, - deyə Əraqçi əlavə edib. O, həmçinin vurğulayıb ki, fevralın sonlarında ABŞ və İsrail tərəfindən hücuma məruz qalan İran  atəşkəs deyil, müharibəyə tam, hərtərəfli və davamlı son qoymaq istəyir. İran xarici işlər nazirinin sözlərinə görə, Tehran strateji su yolunu bağlamayıb.

Lakin artan təhlükəsizlik narahatlıqları fonunda İrana hücumlarda iştirak edən ölkələrə məxsus gəmilərə məhdudiyyətlər tətbiq edib, digərlərinə isə yardım təklif edib.

O əlavə edib ki, Yaponiya kimi ölkələr öz fəaliyyətini Tehranla koordinasiya edərsə, Oran onlar üçün təhlükəsiz keçidi təmin etməyə hazırdır. 

Əraqçi bildirib ki, Yaponiyanın boğazdan keçməsi məsələsi bu ölkənin xarici işlər naziri Toşimitsu Motegi ilə son danışıqları zamanı müzakirə olunub.

Hazırda danışıqların davam etdiyini deyən İran XİN rəhbəri detalların açıqlana bilməyəcəyini qeyd edib.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
1
cebheinfo.az

2Mənbələr