AZ

Milli Kitabxanada Səməd Vurğuna həsr olunmuş elektron layihənin təqdimatı

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Milli Kitabxanada Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə elektron layihələr istifadəçilərə təqdim edilib.

"Cebheinfo.az" xəbər verir ki, "Xalqımızın ilk Xalq şairi Səməd Vurğun - 120" adlı virtual sərgidə rəsmi sənədlər, şairin şeirləri, poemaları, dram əsərləri, tərcümələri, həyatı haqqında xatirələr, esseler, şeirlər, Səməd Vurğun və uşaq ədəbiyyatı, poeziyası, bədii əsərlərin dili və üslubu, dramaturgiyası və s. mövzularda tədqiqat işləri, monoqrafiyalar, zəngin irsi haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar və dövri mətbuat materialları fotolar nümayiş olunur.

Milli Kitabxananın "Azərbaycanın Xalq şairi Səməd Vurğun" adlı elektron məlumat bazasında isə şairin irsi haqqında daha geniş və sistemləşdirilmiş tammətnli resurslar "Rəsmi sənədlər", "Həyat və yaradıcılığı", "Həyat və fəaliyyətinin əsas tarixləri", "Görkəmli şəxslər Səməd Vurğun haqqında", "Hikmətli sözləri və aforizmləri", "Əsərləri", "Şeirlərinə yazılmış mahnılar", "Haqqında", "Təltiflər", "Xatirəsinin əbədiləşdirilməsi", "Fotoqalereya" və "Videoqalereya" bölmələrində onlayn istifadəçilərə təqdim edilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
6
cebheinfo.az

7Mənbələr