AZ

İsgəndər Əsgərov Avropa Kuboku oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

"Cebheinfo.az" xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin "Bursa Böyükşəhər Bələdiyyəspor" (Türkiyə) - PAOK (Yunanıstan) görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Sözügedən oyun martın 22-də Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

"Cebheinfo.az"

Seçilən
77
6
cebheinfo.az

7Mənbələr