AZ

Başqırdıstanda PUA hücumu: Ufa yaxınlığında insident

Başqırdıstanda

Neft emalı zavodları ətrafında vurulan pilotsuz aparatların qalıqları tikilməkdə olan binaya düşüb, iki nəfər xəsarət alıbUlusum.az xəbər verir ki, Radiy Xabirov Başqırdıstan ərazisinə növbəti pilotsuz uçuş aparatlarının hücumu edildiyini açıqlayıb.Məlumata görə, pilotsuz aparatların bir neçəsi Ufa şəhərində yerləşən neft emalı zavodları yaxınlığında hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Onlardan ikisi isə Zaton mikrorayonu ərazisində tikilməkdə olan yaşayış binasının üzərinə düşüb.Hadisə nəticəsində binanın istilik izolyasiya materialında yanğın baş verib. Əraziyə cəlb olunan yanğınsöndürmə briqadaları alovu qısa müddətdə söndürməyə nail olublar.İlkin məlumata əsasən, iki tikinti işçisi yüngül xəsarət alıb, onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.Ulusum.az

Diqqət Çəkənlər

Bayramdan sonrakı ilk dərs günü TARİXİ AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə bayram namazı qılınıb

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanalıq oldu

Seçilən
40
ulusum.az

1Mənbələr