AZ

Novruz baharın gəlişi müjdəsini verən əziz bayramdır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan xalqı dünyada zəngin tarixə, milli-mənəvi dəyərlərə,mədəniyyətə sahib olan xalq kimi tanınır. Bütün dövrlər üçün buçağırış öz aktuallığını saxlayır ki, milli-mənəvi dəyərlərimiziqoruyaq, inkişaf etdirək, indiki və gələcək nəsillərə çatdıraq. Hərbir xalqın tanınmasında onun milli-mənəvi dəyərləri əsas amillərsırasındadır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevinhakimiyyətinin hər iki dövrünə, həmçinin Ulu Öndərin siyasi kursunuson 22 ildən artıq müddətdə uğurla davam etdirən Prezident İlhamƏliyevin atdığı addımların xronologiyasına diqqət yetirsəkazərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinin vətəbliğinin prioritetliyini aydın şəkildə görərik. Birlik, həmrəylikçağırışlarının fonunda bu gün dünyanın müxtəlif ölkələrində yaşayanazərbaycanlıların vahid amal uğrunda birləşməsindən qürurla bəhsedirik. Azərbaycan beynəlxalq səviyyədə ənənələri olan ölkə kimidəyərləndirilir. Novruz bayramı xalqımızın milli-mənəvidəyərlərini, birliyini və həmrəyliyini özündə ehtiva edən, baharıngəlişi müjdəsini verən əziz bayramdır. Novruz, həmçinin özündə yenibaşlanğıc mesajını əks etdirir. Yeni hədəflərə çağırışlar edilir,birlik, həmrəylik əsasında onların uğurla həyata keçiriləcəyinəəminlik ifadə olunur. Prezident İlham Əliyevin Novruz bayramımünasibətilə Azərbaycan xalqına təbrikində əminliklə qeyd etdiyikimi, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimiziarzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və əzmimizləazadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səmaaltında gözəlliklər məskəninə çevirəcəyik.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, tarixi Zəfərimizə qədərbütün bayramlarda, o cümlədən Novruz bayramında bu arzu ifadəedilirdi ki, işğal altında olan ərzilərimiz azad edilsin, butorpaqlarda bayram tonqalları alovlansın. Artıq altı ildir ki, buarzular işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın uğurlahəyata keçirilməsi, azad Qarabağımızın və Şərqi Zəngəzurumuzuncənnət məkana çevrilməsi ilə əvəzlənib. Bu gün azad edilmiş bütüntorpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Şanlı Qələbəmiznövbəti Zəfərlərə yol açdı. 2023-cü ilin sentyabrında rəşadətliordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləhəyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsindəsuverenliyimiz tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə,Ağdərədə Azərbaycan Bayrağı ucaldı. Bu gün qürurla sakinlərinəqovuşan şəhərlərimiz sırasında Xocalının, Xankəndinin və Xocavəndində adının olmasından bəhs edirik. Qısa müddətdə genişmiqyaslıbərpa-quruculuq işlərinin həyata keçirilməsi torpaqlarımızınmərhələ-mərhələ sakinlərinə qovuşması ilə müşayiət olunur. Bu günbu torpaqlarda Novruz tonqalının alovlandırılmasından böyükxoşbəxtlık ola bilməz.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, Novruz təkcə türkxalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesabedilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramıAzərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Azərbaycan xalqınınmilli sərvəti olan muğam və aşıq sənətindən sonra, milliadət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı iləseçilən Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən bəşəriyyətinQeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu ilfevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasınıniclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir.Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrəReprezentativ Siyahısına daxil edilməsi və BMT-nin Baş Assambleyasıtərəfindən Beynəlxalq Novruz Günü elan edilməsi milliadət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən,dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsinitəsdiqlədi. Novruz sadəcə bir təbiət hadisəsi kimi deyil, həm dəxalqların, millətlərin daha yaxşı gələcək naminə birgə yaşama vəanlaşma arzusunu özündə birləşdirən bayram kimi qiymətləndirilir.Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqatəbrikində vurğuladığı kimi, Azərbaycan torpağında çox qədimköklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərəmüqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri millitəfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədənidəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruzmərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuzsevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlıarzuları bütün zənginliyi ilə təcəssümünü tapır. Novruz ənənələriniyad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması vədövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixiqarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərinmənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələrisırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər birguşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun elşənlikləri ilə qarşılanır.

Millət vəkili bildirib ki, hər bir bayram hesabat xarakteridaşıyır. Əldə olunan uğurlara bir daha diqqət yönəldilir və onlarınəsasında gələcək addımların konturları cızılır. Azərbaycan 1993-cüildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi iləhakimiyyətə qayıdışından başlayaraq inkişaf, tərəqqi yolunda inamlaaddımlayır, hədəflərə ardıcıllıqla nail olur. Bu gün dünyaya səssalan tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına qədərkeçilən yola nəzər salsaq ədalətin bərpasının, torpaqlarımızınişğaldan azad edilməsinin əsas hədəf olması ilə yanaşı, buna nailolmaq üçün aparılan hazırlıq işlərinin şahidi olarıq. Hər zaman buçağırış edilirdi ki, tezliklə Azərbaycan Bayrağı Qarabağda, Şuşada,Xankəndidə dalğalanağaq. Bu əminliyin davamı olaraq o da qeydedilirdi ki, o gün uzaqda deyil. Təbii ki, buna əsas verənAzərbaycanın bütün sahələrdə uğurlu inkişafı, məsələnin həlli üçünmöhkəm hüquqi bazanın mövcudluğu idi. Ölkəmizin ev sahibliyi etdiyibeynəlxalq əhəmiyyətli tədbirlər hər zaman Azərbaycanhəqiqətlərinin təbliğində əhəmiyyətli rol oynayır. Prezident İlhamƏliyev bu platformalardan Azərbaycanın sülhə gedən yolunu əsaslışəkildə diqqətə çatdırır. Prezident İlham Əliyev bu günlərdəAzərbaycanın ev sahibliyi etdiyi XIII Qlobal Bakı Forumundakıçıxışında bir daha bu məqamlardan geniş bəhs edərək bildirdi ki,Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və dahasonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər yauzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüzhər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərəksülhə nail olduq və bu gün bunu nümayiş etdiririk. O da vurğulandıki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış,suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi iləbərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülhtəklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşabiləcəyimiz nadir bir təcrübədir.

Zəfərlərimiz, sülhə nail olmağımız Azərbaycan xalqının nə qədəryenilməz, məğrur xalq olduğunu, tarixinə, torpağına sahib çıxdığınıtəsdiqləyən əsas amillərdəndir. Bu gün qürurla bütün Azərbaycanərazisində Novruz tonqallarının alovlandırılmasından bəhs edirik.Doğma yurd-yuvasına qayıdan soydaşlarımızın sevincinin həddi-hüduduyoxdur. Prezident İlham Əliyevin Novruz təbrikində arzuladığı kimi,qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun,hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin, evinizə, ocağınızaəmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin.

Vüqar Rəhimzadə qeyd edib ki, bugünümüzün uğurları qalib,bütövləşən Azərbaycanın qarşısında geniş imkanlar açır. Əminik ki,nöbvəti Novruz bayramında Azərbaycanın tarixini daha dazənginləşdirən çoxsaylı uğur səhifələrini vərəqləyəcək, yenihədəflərdən bəhs edəcəyik. Bu əminliyimizə 2026-cı ilin ötəndövründə qazanılan uğurlar əsas verir. Azərbaycan iqtisadi vəsiyasi mövqeyini möhkəmləndirməklə, tarixi sülh razılaşmasına nailolmaqla növbəti uğurlarının yol xəritəsini təqdim edir. Növbətibayramda sülh müqaviləsinin imzalanması ilə əbədi sülhün təminedilməsindən danışacağıq. Prezident İlham Əliyevin bildirdiyi kimi,bu, bizim strategiyamız və siyasətimizdir.

Seçilən
123
5
az.trend.az

6Mənbələr