AZ

ABŞ İranda quru əməliyyatlarına hazırlaşır

ABŞ İranda məhdud quru əməliyyatı üçün bir neçə ssenarini araşdırır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, həmin variantlardan heç biri Əfqanıstan və İraqda olduğu kimi genişmiqyaslı qoşun yerləşdirməsini nəzərdə tutmur.

Bu variantlardan biri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ABŞ qoşunlarının İran limanlarında və ya kiçik adalarda yerləşdirilməsini nəzərdə tutur.

Digər variantlara yüksək zənginləşdirilmiş uranın ələ keçirilməsi və ya neft obyektlərinin ələ keçirilməsi əməliyyatı daxildir.

Seçilən
74
10
cebheinfo.az

10Mənbələr