AZ

Yapon alimlər doun xromosomunu sildi

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Yapon alimlərinin Daun sindromuna səbəb olan əlavə xromosom üzərində eksperimental tədqiqatlar apardıqları iddia edilir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, tədqiqatçıların hüceyrə səviyyəsində "əlavə xromosomu deaktivləşdirmək" istiqamətində əhəmiyyətli bir addım atdıqları iddia edilir.

Daun sindromu 21-ci xromosomun üç nüsxəsinin (Trisomiya 21) olmasından qaynaqlanır. Son illərdə gen redaktə texnologiyaları, xüsusən də CRISPR kimi metodlar bu sahədə perspektivli tədqiqatlara yol açıb.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu iddialar hələlik insanlarda klinik cəhətdən sübut olunmuş və tətbiq olunan bir müalicəni təmsil etmir.

Tədqiqatların əksəriyyəti hələ də laboratoriya və hüceyrə mərhələlərindədir.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
azxeber.com

1Mənbələr