AZ

Rusiyada bu suala yox deyən qadınlar birbaşa psixoloqa göndərilir

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada doğum sayının kəskin azalması hökuməti qeyri-adi addımlar atmağa məcbur edir. Səhiyyə Nazirliyinin təsdiqlədiyi yeni qaydalara əsasən, həkimlər müayinəyə gələn hər qadına mütləq bir sual verməlidir. Tibbi personal qadınlardan uşaq sahibi olmaq istəyib-istəmədiklərini soruşacaq.Demokrat.az-ın məlumatına görə əgər qadın ana olmaq istəmədiyini bildirsə, o, dərhal psixoloq yanına göndəriləcək. Bu görüşün əsas məqsədi qadında analıq hissini stimullaşdırmaq və onda müsbət münasibət formalaşdırmaqdır. Fevral ayının sonunda qəbul edilən bu təlimat artıq dövlət mediasının əsas müzakirə mövzusuna çevrilib.Rusiya hazırda son iki əsrin ən ağır demoqrafik böhranını yaşayır. Statistik məlumatlar göstərir ki, ölkədə hər qadına orta hesabla 1,4 uşaq düşür. Əhalinin sayını sabit saxlamaq üçün isə bu göstərici ən azı 2,1 olmalıdır. Son illərdə yüz minlərlə gənc kişinin cəbhəyə yollanması və ölkəni tərk etməsi vəziyyəti daha da qəlizləşdirib.Prezident Vladimir Putin bu məsələni milli təhlükəsizlik problemi kimi qiymətləndirir. O, dəfələrlə xəbərdarlıq edib ki, doğum artmasa, Rusiya xalqı yox olmaq təhlükəsi ilə üzləşə bilər. Bu səbəbdən ölkədə abort qaydaları sərtləşdirilib və uşaq istəməməyi təbliğ edən məlumatların yayılması qadağan olunub.Hökumət çoxuşaqlı ailələri iqtisadi imtiyazlarla mükafatlandırsa da, yeni tətbiq edilən psixoloji təzyiq üsulu cəmiyyətdə birmənalı qarşılanmır. Beynəlxalq ekspertlər və insan haqları müdafiəçiləri bu addımı fərdi azadlıqlara və qadınların şəxsi seçimlərinə müdaxilə hesab edirlər. Kremlin tərəfdarları isə hesab edir ki, dövlətin gələcəyi üçün belə sərt tədbirlər qaçılmazdır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
94
1
demokrat.az

2Mənbələr