AZ

Türkiyədə gənc futbolçu silahlı hücum zamanı öldürüldü!

Türkiyədə dünən bir maşına silahlı hücum həyata keçirilib. Hadisə Ümraniyədə baş verib.

"Football-plus.az" xəbər verir ki, maşında tanınmış reper Canbay ilə futbolçu Kubilay Kaan Kundakçı olubmuş. İlkin ehtimallara görə əslində silahlı hücum Canbaya qarşı həyata keçirilibmiş. Amma güllə Kubilay Kaan Kundakçıya dəyib. Gənc futbolçu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Türkiyə ictimaiyyətində böyük ajiotaj doğurub. Çünki hadisə ilə bağlı həbs olunanlardan biri tanınmış pop müğənnisi Aleyna Kalaycıoğludu. Canbay ilə Aleyna Kalaycıoğlu daha öncə sevgili olub. İddialara görə bu hadisəni Kalaycıoğlunun yeni sevgilisi təşkil edib. Həmin şəxsin dəniz yolu ilə ölkəni tərk etdiyi güman edilir.

21 yaşlı Kubilay Kaan Kundakçı ''Kars 36 Spor''un üzvü idi. O, Ramazan bayramı ilə əlaqədar İstanbula gəlmişdi. Reper Canbay isə Aleyna Kalaycıoğlu ilə barışmaq istəyirdi və bunu Kundakçının köməyi ilə etmək niyyətində idi.

Beləcə istedadlı futbolçu sadəcə dostuna yaxşılıq etmək istəyərkən heç nədən dünyasını dəyişdi.

Seçilən
45
football-plus.az

1Mənbələr