AZ

Natanz vuruldu: İranın nüvə obyektinə yenidən zərbə

İranda yerləşən Natanz nüvə obyekti yenidən hava hücumuna məruz qalıb.

“Yeni Sabah” xəbər verir ki, məlumatı ilk olaraq Associated Press (AP) agentliyi yayıb.

Bildirilib ki, hücum fonunda obyekt ərazisində partlayış səsləri eşidilib. İran rəsmiləri hadisəni təsdiqləyərək Natanz nüvə kompleksinin hədəf alındığını açıqlayıblar.

İlkin məlumatlara görə, zərbə nəticəsində ciddi dağıntıların olub-olmadığı hələlik tam dəqiqləşməyib. Bununla yanaşı, rəsmi qurumlar radiasiya sızması qeydə alınmadığını bildiriblər.

Qeyd edək ki, Natanz şəhərində yerləşən bu obyekt İranın ən mühüm uran zənginləşdirmə mərkəzlərindən biri hesab olunur və daha əvvəl dəfələrlə hücum və sabotaj iddialarının mərkəzində olub.

Məlumata görə, zərbə Yaxın Şərqdə artan gərginlik fonunda baş verib. Qərb mediasında yayılan xəbərlərdə hücumun mümkün iştirakçıları kimi İsrail və ABŞ-ın adı çəkilsə də, bu barədə rəsmi təsdiq verilməyib.

Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.


Telegram kanalımız
Seçilən
59
yenisabah.az

1Mənbələr