AZ

Mbappe derbidə oynayacaq?

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 29-cu turunda “Atletiko”ya qarşı oyunda start heyətində meydana çıxa bilər.

Publika.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, fransalı futbolçu cümə günü məşqdə intensiv çalışaraq diz zədəsindən tam bərpa olunduğunu göstərib. Onun Madrid derbisində ilk “11-lik”də yer alma ehtimalı xeyli artıb.

Təxminən bir ay oynamayan Mbappe UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə keçirilən cavab görüşdə (2:1) sonradan meydana daxil olmuşdu.

Seçilən
141
41
publika.az

10Mənbələr