AZ

İran vətəndaşlarının Türkiyədən ev alışı artıb

Türkiyə Statistika İnstitutunun (TÜİK) açıqladığı məlumatlara görə, Türkiyədə yeni ev satışlarının sayı fevral ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,9 % artaraq 37 785-ə çatıb. 

İkinci əl ev satışları fevral ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 6,0% artaraq 86.764-ə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, xarici vətəndaşlara ev satışları fevral ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,9 % azalaraq 1.506-ya çatıb.

Fevral ayında xarici vətəndaşlara ev satışlarının ümumi ev satışlarında payı 1,2 % olub.

Yanvar-fevral dövründə xarici vətəndaşlara ev satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,1 % azalaraq 2.812-yə çatıb.

Fevral ayında ən çox ev satışı Rusiya Federasiyası (191), İran (131) və İraq (106) vətəndaşlarına olub.

Seçilən
77
1
cebheinfo.az

2Mənbələr