Gəncədə yeniyetmə dəm qazından boğularaq ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 2014-cü il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.
Yeniyetmə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.