AZ

TRAMP PUTİNƏ 100 MİLYARDLAR QAZANDIRIR Rusiyanın neft gəlirlərini artıran 3 ssenari

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

"Əgər İrandakı münaqişə uzanarsa, dünyanın ən böyük enerji ixracatçılarından biri olan Rusiya qlobal qiymətlərin artması səbəbindən xammaldan əhəmiyyətli dərəcədə əlavə gəlir əldə edəcək".

“AzPolitika” xəbər verir ki, bunu Almaniyanın "Der Spiegel" jurnalı Kiyev İqtisadiyyat İnstitutunun beyin mərkəzinin hesablamalarına istinadla yazıb.

Hesabatda deyilir ki, İrandakı müharibə Rusiya büdcəsinə 250 milyard dollara qədər əlavə gəlir gətirə bilər. Analitiklər vurğulayırlar ki, bu, müharibəsiz baza ssenarisi ilə müqayisədə əlavə potensial gəlirin göstəricisidir.

Nəşrin məlumatına görə, analitiklər münaqişənin müddətindən asılı olaraq üç ssenarini qeyd ediblər:

"Sürətli müharibə" ssenarisi (aprel ayının ortalarına qədər): Qısa bir münaqişə olsa belə, Rusiya əlavə 84 milyard dollar qazanacaq. Bu halda neft qiymətləri bir barrel üçün 100 dollar hesablanır.

"Uzun münaqişə" ssenarisi (may ayının sonuna qədər): Bu variantda neft qiymətləri müvəqqəti olaraq 140 dollara yüksəlir. O halda Rusiya əlavə 161,3 milyard dollar qazanacaq. Ümumi enerji ixracı gəlirləri müharibədən əvvəlki proqnozlarla müqayisədə 135% artacaq.

"Böyük müharibə" ssenarisi (sentyabr ayının sonuna qədər): Bu, qiymətlərin bir barrel üçün 150-200 dollara çata biləcəyi ən pis ssenaridir. O zaman Rusiya 252,4 milyard dollar əlavə mənfəət əldə edəcək. Bu, Rusiyanın bütünlükdə 2022-ci ildəki ümumi göstəricisindən artıqdır və Rusiyanın builki büdcəsindəki neft proqnozundan dörd dəfə artıqdır.

İqtisadçılar vurğulayırlar ki, Rusiyanın artan gəliri Ukraynanı təhdid edir, çünki bu resurslar Moskvaya müharibəni davam etdirməyə imkan verir.

“Der Spiegel” bu hesablamaları Ukraynaya beynəlxalq dəstəyin həcmi ilə müqayisə edərək qeyd edir ki, müharibə dövründə Kiyev hər il orta hesabla təxminən 100 milyard dollar maliyyə və hərbi yardım alıb. Bu o deməkdir ki, İranda başladılan hərbi əməliyyat qısa müddətdə Rusiyaya Qərbin bir ildə Ukraynaya ayırdığı malliyyədən daha artıq vəsait qazandırır.

Beləliklə, İrana qarşı müharibəyə başlayan ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Vladimir Putini “vəziyyətdən çıxarmış olur”. Belə ki, İrana qarşı hərbi əməliyyat ABŞ və bütövlükdə Qərbin Rusiyaya qarşı sanksiyalarının Kremlə ən çox təsir etməyə başladığı, Rusiyanın büdcə gəlirlərini kəskin azaltdığı dövrə “təsadüf etdi”. Nəticədə ABŞ Rusiya neftinə dərhal “yaşıl işıq” yandırmaqla, onun Ukraynaya qarşı işğalçılıq müharibəsini davam etdirməsinə də kömək etmiş olur.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
azpolitika.info

1Mənbələr