AZ

Orban: Brüssel Aİ vətəndaşlarına deyil, miqrantlara üstünlük verib

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Macarıstanın Baş naziri Viktor Orban Brüsselin miqrasiya, iqtisadiyyat və Avropa İttifaqının (Aİ) prioritetləri məsələlərindəki siyasətini kəskin tənqid edib.

"Report" xəbər verir ki, o bu barədə Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət üzrə Beynəlxalq Konfransda (CPAC) bildirib.

V.Orban qeyd edib ki, Aİ-nin son sammitində Qərbi Avropa liderləri Yaxın Şərqdəki münaqişə səbəbindən yeni miqrasiya dalğası olacağı təqdirdə sərhədlərin bağlanması ehtimalını mümkün hesab ediblər:

"Bəzi ölkələr bildirdilər ki, əgər yeni dalğa başlayarsa, eynilə on il əvvəl Macarıstanın etdiyi kimi, onlar da Aİ-nin qaydalarından asılı olmayaraq sərhədləri bağlayacaqlar".

Onun sözlərinə görə, baş verən proseslər son yüz ilin ən böyük transformasiyasıdır ki, onun episentri ABŞ-dir, Avropadakı "ön xətti" isə Macarıstandır.

Baş nazir Brüsseli öz siyasətində Aİ vətəndaşlarına deyil, miqrantlara üstünlük verməkdə günahlandırıb, bu da onun fikrincə, terrorizmin, cinayətkarlığın və iqtisadi qeyri-sabitliyin artmasına səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
2
sherg.az

3Mənbələr