Türkiyəli mütəxəssis isə yaranmamış uşaq akademiyası ilə klub arasında əlaqələndirici oldu. İbrahim bəy akademiyanın yaranması üçün elitada oynamağın vacib olduğunu bildirib.
Bəs minimum iki il ərzində nə edəcəklər? Hə, bir də Uzuncanın ayrılığı niyə rəsmən açıqlanmayıb?
Klubun meneceri Rəşad Babayev suallarımızı cavabladı:
“Bu barədə danışmaq istəmirəm. İbrahim Uzunca ilə bağlı fikrimi “CBC Sport”un canlı efirində bildirmişəm. Ona böyük hörmətim var, dostumuzdu. Akademiya qurulanda onu akademiyamızın başında görürük. Ona qədər də işlərində uğurlar arzulayıríq. İnşallah, akademiya qurulsun, hər şey bəlli olsun. 1-ci liqaya vəsiqə qazansaq, gənclər komandalarını yaratmalıyıq. Hansı formada yaranacağı ilə bağlı proqram var, amma hansı yaş qrupları üzrə olcağı ilə bağlı yekdil fikir yoxdu. Maliyyə imkanlarımızı yaxşılaşdırıb, bütün işləri görəcəyik. Bunları Bakıda yox, Xankəndidə nəzərdə tutmuşuq. Orda etmək istəyirik”.
MÜZƏFFƏR QULUZADƏ