İraqın paytaxtı Bağdadda Milli Kəşfiyyat Xidmətinin qərargahına hücum olub.
Məlumata gğrə, Bağdadın Mənsur rayonundakı İraq Milli Kəşfiyyat Agentliyinin binası pilotsuz təyyarə tərəfindən hədəfə alınıb.
Mərakeş səfirliyi Kəşfiyyat Agentliyinin binasının yaxınlığında yerləşir.
İraq Milli Kəşfiyyat Agentliyində isə bildirilib ki, qurumun ərazisi qanunsuz silahlı qruplar tərəfindən törədilən terror hücumuna məruz qalıb. Hücum nəticəsində bir zabit ölüb.
Tahir TAĞIYEV