Türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnel dünən keçirilən “Kəpəz” - “Qarabağ” matçında (1:0) baş verən mübahisəli epizodu şərh edib.
O, “Qarabağ”ın futbolçusu Kamilo Durana qarşı qayda pozuntusu edildiyini, baş hakim (Əli Əliyev) və ya VAR hakiminin (Rauf Cabarov) penalti verməli olduğunu söyləyib.
Mənbə: idmanxeber.az
View this post on Instagram