AZ

Gəncədə 24 yaşlı gənc dəm qazından zəhərlənib

Gəncədə 24 yaşlı gənc dəm qazından zəhərlənib, vəziyyəti ağırdır.

News365.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2002-ci il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
86
4
news365.az

10Mənbələr