AZ

Cəlilabadda piyadanı maşın vurub öldürdü

Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində baş verib.

Qəza zamanı Cəlilabad rayon sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada 49 yaşlı Ceyhun Rzayevi vurub. Hadisə nəticəsində piyada ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev

Seçilən
100
unikal.az

1Mənbələr