AZ

''Qalatasaray'' rəsmisindən UEFA-ya sərt sözlər - ''Hələ də üzr istəməyiblər''

''Qalatasaray''lı Noa Lanqın ''Liverpul'' ilə oyunda yaşadığı şanssız olay gündəmi zabt etməkdə davam edir.

Xatırladaq ki, matçın ikinci hissəsində yaşanan bir epizodda Lanqın sağ əlinin baş barmağı meydanın kənarındakı reklam lövhə ilə dəmir hasarın arasında qaldı. Barmağı qopmaq dərəcəsinə çatan futbolçu qanlar və acılar içində qıvrılmağa başladı.

Niderlandlı vinger stadiondan birbaşa Liverpul xəstəxanasına çatdırılaraq orda uğurla əməliyyat olundu. ''Qalatasaray''ın UEFA-dan təzminat tələb edəcəyi məlum olub. UEFA isə rəsmi bəyanat yayaraq araşdırmaya başlandığını və ''Liverpul''dan izahat tələb ediləcəyini açıqlayıb.

Bu arada ''Cim-Bom''un baş katibi Eray Yazqan sərt açıqlamalar verərək ''Liverpul''un davranışını tənqid edib:

''İndiyə qədər də ''Liverpul''dan klubumuza və ya futbolçumuza bir dənə də olsun üzrxahlıq bildirilməyib. Bunu qəbul etmək mümkün deyil. Bu susqunluğun və məsuliyyəti üzərindən atmağın altında sadəcə hadisəni ört-basdır etmək istəyi gizlənir. Hələ üzr belə istəməmişkən başqa məsələni - Konateyə qarşı sosial şəbəkədə edilən uydurma təhqirləri gözə soxmağa çalışırlar. Hiss olunur ki, mövzunu dəyişməyə çalışırlar. Ortada futbolçunun sağlamlığına ziyan vuran ciddi bir məsələ var. Amma onlar gündəmi dəyişməyə cəhd edirlər. ''Liverpul'' kimi bir klub ilk öncə stadionunda yaşanan bu biabırçılığın hesabını verməlidi. İlk növbədə bizdən üzr istəməlidilər. UEFA Bu olayla bağlı araşdırma başlayıb. Bu məsələnin sona qədər təqibçisi olacağıq''.
Seçilən
97
1
football-plus.az

2Mənbələr