AZ

Yaxın Şərqdəki savaş bir neçə həftə davam edə biləcəyini deyib

Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, Fars körfəzi bölgəsindəki müharibə daha 2-3 həftə davam edə bilər.Metbuat.az "TRT Haber"ə istinadən məlumatına görə, H. Fidan bunu jurnalistlərə açıqlamasında deyib. Türkiyə XİN başçısının sözlərinə görə, müharibənin dayandırılması üçün əsas amil ABŞ-nin mövqeyidir:

"Fars körfəzi ölkələrində müharibənin daha 2-3 həftə davam edəcəyinə dair qiymətləndirmələr səsləndirilir. Əlbəttə, burada həlledici amil ABŞ-nin mövqeyi olacaq. İsrail isə ABŞ-yə təzyiq göstərməyə və atəşkəs razılaşmasının əldə olunmasına və ya sülhün tezliklə bağlanmasına mane olmağa çalışacaq. ABŞ və İsrailin ilkin mövqelərinin fərqləndiyinə dair ehtimallar getdikcə daha çox səsləndirilir və bu, savaşın uzanmasına gətirib çıxara bilər".

Seçilən
109
4
metbuat.az

3Mənbələr