AZ

Cəlilabadda avtomobil körpüdən kanala aşdı

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə hadisə Cəlilabad-Yardımlı magistralında, Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində qeydə alınıb. Rayon sakini Kamal Quliyevin idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən körpü üzərində idarəetməni itirib. Avtomobil təqribən 100 metr hündürlükdən kanala aşıb. Əraziyə gələn kənd sakinləri iki nəfəri nəqliyyat vasitəsindən çıxarıb. Sakinlər iddia edir ki, yolda çökəklik var və çox vaxt bu yolda qəzalara səbəb həmin çökəklik olur.

Qeyd edək ki, hadisənin dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır

Turab

Seçilən
90
nocomment.az

1Mənbələr