Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Enerji daşıyıcıları və xammalın qiymətlərinin artması ilə yaranmış enerji böhranı Avropa Birliyi və Böyük Britaniyada yaxın vaxtlarda özünü göstərəcək və reallıq tezliklə hiss olunacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev X hesabında yazıb.
“Proqnozlaşdırıldığı kimi, Böyük Britaniya və AB-də yanacaq rasionu artıq mövcuddur. Hətta tənqidçilər də etiraf etməlidirlər ki, bütün proqnozlarım gerçəkləşir.
Böyük Britaniya, AB-dəki siyasətçilər və media bunu qəbul etməkdə gecikir. Hətta reallıqla ictimai məlumatın verilməsi arasındakı gecikmə 4-6 həftədir. Ancaq reallıq bir neçə həftəyə özünü göstərəcək”, - deyə Dimitriyev əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.