AZ

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı

Ağsu rayonunda torpaq sürüşməsi qeydə alınıb. Hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində baş verib. Ulusum.az-ın məlumatına görə, yolun mühafizə zolağında torpaq sürüşməsi yaranıb, dərin yarğanlar əmələ gəlib. Hərəkət hissəsində isə hər hansı problem müşahidə olunmur.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatına görə, sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə zolağında qeydə alınıb. Bildirilir ki, aparılan ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib.Əlavə edilib ki, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ qaydada tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.Qeyd edək ki, hazırda bayram günləri ilə əlaqədar olaraq paytaxtdan regionlara doğru nəqliyyat axını artıb və sözügedən istiqamətdə də avtomobil sıxlığı müşahidə olunur.

Diqqət Çəkənlər

Başqırdıstanda PUA hücumu: Ufa yaxınlığında insident VİDEO

Ufa dron hücumuna məruz qaldı VİDEO

Qəfil ayağa qalxanda başınız niyə gicəllənir? - Təhlükəli səbəblər açıqlandı

Seçilən
48
3
ulusum.az

10Mənbələr