BAKI, 21 mart. TELEQRAF
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin yeni klubu "Kolambus Krü"da (ABŞ) debüt edib.
Teleqraf xəbər verir ki, MLS-də “Toronto”ya qarşı səfər matçının 88-ci dəqiqəsində meydana çıxıb.
O, Andre Qomeşi əvəzləyib və matç ərzində heç nə ilə yadda qalmayıb.
Görüş "Kolambus Krü"nün 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.