MLS-də V turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Nəriman Axundzadənin şərəfini qoruduğu "Kolambus Kru" da növbəti matçına çıxıb.
Komanda "Toronto"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Nəriman Axundzadə 88-ci dəqiqədə meydana daxil olub. Bu, onun yeni klubunda debütü ilə yadda qalıb.
Qeyd edək ki, 5 turdan sonra 3 xal toplayan "Kolambus Kru" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
"Bakı Kuboku" başa çatıb - “Neftçi” YEDDİNCİ OLDU
“Turan Tovuz” - “Qəbələ”: START HEYƏTLƏR
“Sabah”ın futbolçuları milli komandalarda
Yuri Vernidub: “Onun çox gözəl gələcəyi var”
Jorj Kaşkilya: “Bu sualla baş məşqçiyə qarşı hörmətsizlik edirsiz”