ABŞ-nin "Kolambus Kryu" komandasına transfer olunan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubunda ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "Toronto" klubuna qarşı matçın 88-ci dəqiqəsində meydana çıxan N. Axundzadə debüt edib.
O, Andre Qomeşi əvəzləyib.
Qeyd edək ki, matç "Kolambus Kryu"nun məğlubiyyəti (1:2) ilə yekunlaşıb.