AZ

Tramp: ABŞ energetika sahəsində Macarıstanla əməkdaşlıq etmək niyyətindədir

Tramp: ABŞ energetika sahəsində Macarıstanla əməkdaşlıq etmək niyyətindədir

Birləşmiş Ştatlar energetika sahəsində Macarıstanla sıx əməkdaşlıq etməyi planlaşdırır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Budapeştdə keçirilən Beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (CPAC) iştirakçılarına müraciətində bildirib.

"Biz energetika sahəsində birlikdə çox səylə çalışacağıq", — deyə Tramp qeyd edib. O, həmçinin macarları miqrasiya məsələsində qətiyyətli olmağa çağırıb və ABŞ ilə Macarıstanın "yenilənmiş Qərb"ə gedən yolu göstərdiyini vurgulayıb.

Xatırladaq ki, fevral ayında tərəflər mülki nüvə energetikası sahəsində əməkdaşlığa dair saziş bağlayıblar. Sənədə əsasən, Macarıstan Pakş AES üçün ABŞ-ın "Westinghouse" şirkətindən təxminən 114 milyon dollar dəyərində nüvə yanacağı alacaq.

Seçilən
81
afn.az

1Mənbələr