AZ

Tramp İrana 48 saat vaxt verdi: Əgər Hörmüz açılmazsa…

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açmaq üçün İrana 48 saat vaxt verib. Əks təqdirdə ölkənin iri elektrik stansiyalarını məhv etməklə hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” hesabında yazıb.

“Əgər İran təhdidlərdən çəkinərək Hörmüz boğazını 48 saat ərzində tamamilə açmasa, Amerika Birləşmiş Ştatları onun müxtəlif elektrik stansiyalarını məhv edəcək. Və ilk olaraq ən böyüyündən başlayacaq”, — Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp sosial media hesabında ABŞ-ın “İranı xəritədən sildiyini” yazıb. O, İranda hədəflərinə çatmaması barədə iddiaları təkzib edərək bildirib: 

“Hədəfimə çatmışam, özü də planlaşdırılan bir neçə həftə əvvəl. Onların rəhbərliyi öldürülüb, donanması, hərbi hava qüvvələri məhv edilib, tamamilə müdafiəsiz qalıblar və razılaşma istəyirlər. Mən isə istəmirəm”.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
181
globalinfo.az

1Mənbələr