AZ

Ölüm olduğu halda təyyarə 13 saat uçdu

"British Airways" aviaşirkətinə məxsus təyyarə göyərtədə ölən sərnişinlə 13 saatdan çox uçuş həyata keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.

Məlumata görə, təxminən 60 yaşlarında olan qadın sərnişin Honkonqdan Londona uçan reysin ilk saatında ölüb. Buna baxmayaraq, ekipaj geri qayıtmaq əvəzinə uçuşu Londonun Hitrou hava limanına qədər davam etdirmək qərarı verib.

Bildirilir ki, ekipaj üzvləri meyitin harada yerləşdirilməsi ilə bağlı çətinlik yaşayıblar. Qadının cəsədini tualetə qoymaq təklifi rədd edildikdən sonra göyərtə bələdçiləri onu yorğana bükərək təyyarənin arxa hissəsinə aparıblar. Sonradan məlum olub ki, həmin bölmə qızdırılır və bu da vəziyyəti daha da qəlizləşdirib.

Təyyarə enişə hazırlaşarkən sərnişinlər və ekipaj arxa hissədən yayılan xoşagəlməz qoxunu hiss etməyə başlayıblar.

Təyyarə Hitrouya endikdən sonra polis onu qarşılayıb və araşdırma aparılarkən 331 sərnişinlə ekipaj üzvünə təxminən 45 dəqiqə yerlərində qalmaq tapşırılıb.

Məlumata görə, rəsmi şikayət qeydə alınmasa da, hadisə ekipaj üzvlərinə ağır təsir edib və bəziləri özlərinə gəlmək üçün işdən məzuniyyət götürüblər.

Seçilən
60
ikisahil.az

1Mənbələr