AZ

Dünyanın ən böyük 20 aviaşirkəti 53 milyard dollar zərər edib


ABŞ-İran müharibəsinin başlanmasından sonra dünyanın ən böyük 20 aviaşirkəti ümumilikdə 53 milyard dollar zərər edib.
Yeniavaz.com
“Financial Times”a istinadən xəbər verir ki, münaqişə aviasiya sənayesini COVID-19 pandemiyası dövründən bəri ən ciddi böhranla üz-üzə qoyub.
Xüsusilə Fars körfəzi bölgəsində fəaliyyət göstərən hava nəqliyyatı mərkəzlərində əməliyyatların dayanması və uçuşların ləğvi sektorun fəaliyyətinə ciddi təsir göstərib.
Bildirilir ki, müharibə artıq dördüncü həftəsinə daxil olduğu bir vaxtda aviaşirkət rəhbərləri mümkün yanacaq çatışmazlığı ilə bağlı narahatlıqlarını artırırlar. Bu isə yaxın dövrdə uçuşların daha da məhdudlaşa biləcəyinə işarə edir.
Seçilən
37
yeniavaz.com

1Mənbələr