AZ

Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb - AYNA

Bakı. Trend:

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal vəavtostansiyalar gücləndirilmiş rejimində çalışır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü NəqliyyatAgentliyi (AYNA) məlumat yayıb.

Bildirilir ki, 19-21 mart tarixlərində Bakı BeynəlxalqAvtovağzal Kompleksindən 1080 reys həyata keçirilib, 38 613sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu,son illərin rekord göstəricisidir.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçünəlavə olaraq 400-dən çox reys həyata keçirilib.

Sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalındanəldə edərək səfərlərini reallaşdırıb.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başınaçatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələritövsiyə olunur.

Seçilən
56
24
az.trend.az

10Mənbələr