AZ

“Çelsi”nin sabiq futbolçusu narkotikə görə saxlanılıb.

“Vest Bromviç” və “Çelsi”nin sabiq futbolçusu Nil Klement İspaniyada narkotik maddə almaqda şübhəli bilinərək saxlanılıb.

Msport.az xəbər verir ki, 47 yaşlı veteran müdafiəçi Marbelya və Fuenxirolo arasında yerləşən “Riviera del sol” ticarət mərkəzində tutulub.

Onun üzərindən və yaşadığı yerdən müxtəlif narkotik vasitələr tapılıb.

Klement 2000-2010-cu illərdə “Vest Brovviç”də çıxış edib. O, bu klubda 295 oyunda 24 qol vurub. Klement daha əvvəl “Çelsi”nin də formasını geyinib.

O, saxlanıldıqdan məhkəmə qarşısına çıxarılıb və istintaqın gedişi dövründə zaminə buraxılıb. Polis bir kiloqramdan çox qadağan olunmuş maddə ələ keçirib.

Seçilən
118
msport.az

1Mənbələr