AZ

AYNA rekord göstəricilər qeydə alıb

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, martın 19-21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1080 reys həyata keçirilib, 38 min 613 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 400-dən çox reys həyata keçirilib. Sərnişinlərin 60 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
25
azvision.az

10Mənbələr