Şirvan sakini bıçaq xəsarəti alıb.
Bu barədə APA-nın Mil-Muğan bürosu məlumat yayıb.
Məlumata görə, 1992-ci il təvəllüdlü Cəfərov Hikmət Həsənağa oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına daxil olub və əməliyyata götürülüb.
Məlum olub ki, adı çəkilən şəxs bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.