AZ

BDU məzunları ən çox harada işləyirlər? Siyahı

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

2023-cü ildə ölkənin ən böyük təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetindən (BDU) 4 492 nəfər məzun olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Məşğulluq Agentliyinin açıqladığı “Məzunların məşğulluq reytinqi”ndə yer alıb.

Bildirilir ki, BDU məzunlarının 62,5%-i, yəni 2 min 809 nəfəri işlə təmin olunub. Muzdla (əməkhaqqı ilə) işləyən BDU məzunlarının 65,9%-ni qadınlar, 34,1%-ni isə kişilər təşkil edib.

2023-cü ildə işlə təmin olunan məzunların 1 500 nəfərinin, yəni 53,4%-nin əməkhaqqı 400 manatdan aşağı olub. 401–500 manat arasında əməkhaqqı alan məzunların sayı isə 520 nəfər (18,5%) təşkil edib. 1 400 manatdan yuxarı əməkhaqqı alan məzunların sayı isə cəmi 8 nəfər (0,3%) olub.

2023-cü ildə BDU məzunlarını ən çox işə götürən 10 qurum aşağıdakılar olub:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi – 65

“Araz Supermarket” MMC – 42

“McDonald’s Azərbaycan” QSC – 36

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi – 36

Quba-Xaçmaz Regional Təhsil İdarəsi – 31

“Kapital Bank” ASC – 25

“ABC-Telecom” MMC (“Kontakt Home”) – 23

Qarabağ Regional Təhsil İdarəsi – 22

“Azərbaycan Supermarket” MMC (“Bravo” market) – 21

“Azərbaycan Beynəlxalq Bankı” ASC – 20Elnur Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
2
yeniavaz.com

3Mənbələr