AZ

Süni intellekt tibbdə insanı keçir

Son dövrlərdə Süni intellekt texnologiyalarının sürətli inkişafı tibb sahəsində mühüm dönüş yaradıb. 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, yeni nəsil süni intellekt sistemləri bəzi hallarda xəstəliklərin diaqnostikasında həkimləri geridə qoyur. Xüsusilə radiologiya və görüntü analizində bu sistemlər böyük həcmli məlumatları qısa müddətdə emal edərək daha dəqiq nəticələr təqdim edir.

Mütəxəssislərin sözlərinə görə, süni intellekt əsasən MRT və KT görüntülərinin analizində yüksək effektivlik göstərir. Sistemlər minlərlə tibbi məlumat üzərində öyrədildiyi üçün erkən mərhələdə şişləri və digər xəstəlikləri aşkar etməkdə insan faktorundan daha sürətli və bəzən daha dəqiq nəticə verir. Bu isə xəstəliklərin vaxtında aşkarlanmasına və müalicənin daha effektiv başlanmasına imkan yaradır.

Bununla belə, ekspertlər bildirir ki, süni intellekt həkimləri tam əvəz etmir, əksinə onların işini asanlaşdıran bir vasitə rolunu oynayır. İnsan təcrübəsi, qərarvermə qabiliyyəti və pasiyentlə ünsiyyət hələ də tibbin əsasını təşkil edir. Gözlənilir ki, yaxın illərdə süni intellekt və həkim əməkdaşlığı səhiyyədə daha keyfiyyətli və əlçatan xidmətlərin göstərilməsinə şərait yaradacaq.

Seçilən
54
azedu.az

1Mənbələr