Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın məthuat xidməti yayıb.
Dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.
AFFA-nın məlumatı
FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq.
Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.