ain.az bildirir, Adelet.az portalına istinadən.
Dövlət sektorunda əmək haqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd vahid və sistemli yanaşmanı həyata keçirməkdir. Bildiyimiz kimi, Prezident İlham Əliyev bununla bağlı bir neçə fərman imzalayıb. Bildirilir ki, bu, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq.
İqtisadçı Xalid Kərimli mövzuyla bağlı Adalet.az-a bunları deyib:
“Bu, şəffaflığı artırır, hesablamaları rahatlaşdırır, müqayisəliyi yaxşılaşdırır. Bu baxımdan sadələşdirilir, büdcə planlaşdırması daha rahat şəkildə həyata keçirilir. Yəni faktiki olaraq mürəkkəb əlavələri sadələşdirirlər və daha sadə şəkildə, şəffaf, aydın, müqayisə oluna bilən və daha rahat hesablanan bir sxem qururlar”.
İqtisadçı bildirib ki, bəzən əlavələrin bir çoxu fəaliyyətə görə verilirdi:
“İki pay göstəricisinə, preformansa görə verilirdi. İndi o hissə zəifləyə bilər. Çünki standart maaşa çevriləndə əlavə həvəs, səyi aşağı sala bilər. Amma ümumilikdə pozitivdir, şəffafdır. Sistemi rahat və sadələşdirirlər. Bir də mümkündür ki, stabil olaraq əmək haqqı olanda pensiya fonduna da daha stabil ödəmələr gedəcək. Bu, işçinin özü üçün də daha maraqlıdır ki, pensiya fonduna daha çox vəsait yığışacaq”.
Vasif ƏLİHÜSEYN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.