AZ

Basketbolda tarixi an: Lebron Ceyms bütün dövrlərin rekordunu qırdı

“Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms NBA-nın müntəzəm çempionatlarında keçirilən oyunların sayına görə yeni rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, martın 22-nə keçən gecə “Leykers” komandası “Orlando Mecik” üzərində 105:104 hesablı çətin qələbə qazanıb. Bu qarşılaşmada 12 xal toplayan Lebron Ceyms üçün sözügedən oyun karyerasında 1612-ci matç olub.

Bununla da Lebron Ceyms əfsanəvi Robert Perişə məxsus olan əvvəlki rekordu geridə qoyaraq, liqa tarixində bu göstərici üzrə birinci pilləyə yüksəlib.

Qeyd edək ki, 39 yaşlı basketbolçu artıq NBA tarixinin ən məhsuldar oyunçusu statusunu daşıyır və bu yeni nailiyyəti ilə adını basketbol tarixinə qızıl hərflərlə bir daha yazdırıb.

İdman.Biz
Seçilən
96
1
idman.biz

2Mənbələr